Hər bir vətəndaş/müştəri nəzakətli və operativ xidmət istəyir. Bunu bilən qurum isə öz növbəsində əməkdaşlarından operativlik, münaqişələri həll etmək, effektli ünsiyyət, stresə davamlılıq, özünü idarəetmə və s. kimi bacarıqlarının olmasını gözləyir. Bütün bu tələblərə cavab verən əməkdaş öz emosional vəziyyətini stabil saxlamaqla təşkilatın işinə daha çox töhfə verə bilir. AİİM Sizə bu tələbləri qarşılaya biləcək ASAN çıxış yolu təklif edir. Biz əməkdaşlarınıza özlərini tanımaq, istənilən vəziyyətdə özlərini idarə etmək, dinləmək, fikirlərini düzgün, rahat ifadə etmək, stresli durumlarda özünü itirmədən sağlam və düşünülmüş qərarlar vermək, münaqişə yaranan zaman özünün və qarşısındakının davranışını tanıyaraq uyğun çıxış yolları tapmaq kimi bacarıqlar qazandıracaq, vətəndaş/müştəri məmnuniyyətini təmin etməyin yollarının öyrənilməsinə və tətbiq edilməsinə vəsilə olacağıq. Nəticədə, məmnun və loyal komandaya sahib olmaqla siz stabil gəlir gətirəcək məmnun vətəndaş/müştəri qazanmış olacaqsınız.
"Xidmətin ASAN yolu" təlim paketi
Təlim paketi hansı təşkilatlar üçün nəzərdə tutulub?
- Müştərilərlə/vətəndaşlarla təmasda olan əməkdaşların həm şəxsi, həm də xidmət etmə keyfiyyətlərini artırmaq istəyən təşkilat rəhbərləri
- Müştərilərə xidmət sahəsində çalışacaq yeni heyət üzvləri
Bu paketdən istifadə sizə nə verəcək?
Daha hazırlıqlı, daha çox fərqindəliyi olan, özünün və çalışdığı təşkilatın dəyərlərini dərk edən, stresini və stresli reaksiyalarını idarə edə bilən və özünə göstərdiyi şəfqəti müştərilərinizə də göstərə biləcək əməkdaşlar qazanacaqsınız.

Təlimin müddəti:
Hər təlim üçün ayrıca 1 gün/7 saat nəzərdə tutulmuşdur.