Biz kimik?
Biz, xidmət sahəsində illərlə qazanılmış zəngin “ASAN xidmət” təcrübəsi ilə ixtisaslaşmış peşəkarlardan ibarət komandamız sayəsində hüquqi və fiziki şəxslərin fəaliyyətinin təkmilləşdirilməsinə dəstək verən ASAN İnnovativ İnkişaf Mərkəziyik. Mərkəzimiz müştəri məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmaların tətbiqi ilə ölkədə xidmət göstərən və xidmət alan arasında olan münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinə xidmət edir və fəaliyyətində peşəkarlığı və keyfiyyəti rəhbər tutur.
Missiyamız
Maarifləndirmə və kadr hazırlığında peşəkar və innovativ yanaşmanı əsas tutaraq, yüksək səriştəli mütəxəssis heyəti tərəfindən tədris olunan və ehtiyaclara tam cavab verən mükəmməl təlim xidmətləri, habelə peşəkar heyət tərəfindən təqdim edilən inkişaf xidmətləri vasitəsilə ölkəmizdə dünya trendinə uyğun dəyişimi təmin edən qabaqcıl tərəfdaşa çevrilmək.
Baxışımız
Müştərilərimizin şəxsi, peşəkar və təşkilati inkişafına vasitəçi olaraq yüksək performans standartlarını inkişaf etdirmək.
Sosial Məsuliyyətimiz
Əhalinin fiziki qüsurlu, maddi çətinlikləri və dövlət qarşısında xüsusi xidmətləri olan hissəsinin maarifləndirilməsi, fərdi bacarıqlarının və peşəkar biliklərinin inkişafı üzrə proqram və layihələrin həyata keçirilməsi.
Niyə biz?
Fiziki qüsurlu, maddi çətinlikləri və ya dövlət qarşısında xüsusi xidmətləri olan əhalinin qayğısına qalaraq onlara yönəlik sosial layihələrin hazırlanması, ölkəmizdə “sözünü demiş” “ASAN” brendinin yolunun davamçısı və xidmət sahəsində ixtisaslaşmış mütəxəssislər tərəfindən “Mükəmməl Vətəndaş / Müştəri xidməti” təcrübəsinin tətbiqi imkanlarına malik olması və müştəri məmnuniyyəti sahəsində öndəgedənlər sırasında nömrə “1” olması