Stres insanların yalnız işgüzar deyil, gündəlik həyatının da ayrılmaz bir parçasıdır. İnkişaf edən, dəyişən və hər gün bir az da qarışıq hala gələn yaşam şərtlərinə uyğunlaşmağa çalışarkən insanlar streslə qarşı-qarşıya gəlir və qarşılaşdıqları stresin təsirindən çıxmaqda çətinlik çəkirlər. Gündəlik həyatda məruz qaldığı stres insanın həm fiziki, emosional, davranış çətinlikləri yaşamasına, həm də qalıcı xəstəliklərə tutulmasına şərait yaradır. Stressiz yaşam mümkün olmadığı üçün stresin idarə edilməsi, nə məna kəsb etdiyi, necə yarandığı, əlamətləri və nəticələri barədə məlumatlanmaq, streslə mübarizə aparmaq üçün nələr edə biləcəyini öyrənmək çox önəmlidir. Çünki təsirli bir stres idarəetmə üsulu insanın fiziki və mənəvi balansı qorumasına kömək edir, problem həll etmə və qərar qəbuletmə bacarıqlarının, həmçinin gündəlik həyatında məhsuldarlığın artmasına şərait yaradır.
Stres vəziyyətinin idarə olunması
Təlimdən nə əldə edəcəksiniz?
- Stres və stres reaksiyalarınız, düşüncə və davranışınız barədə fərqindəlik qazanaraq, onları tanıyıb daha yaxşı idarə etməyi
- Məhsuldarlığınızı, həyat və iş keyfiyyətinizi artırmağı
- Sizi gərginləşdirən, stres yaşadıb, bəzən bunu xroniki hala gətirib sağlamlığınıza zərər verən daxili və xarici stressorlarınızı tanımağı
- Stres və stres reaksiyaların sizdən asılı olan tərəflərini tanıdıqca, təklif edilən zehnə, bədənə və emosiyalara təsiretmə üsullarını tətbiq etməyi
- Bu üsulların tətbiq edildiyi halda həm zehni rahatladacaq, daxili sabitlik qazanaraq stressorlara adekvat və vəziyyətə uyğun, eləcə də sağlamlığınıza zərər verməyəcək şəkildə reaksiya verməyi
- Stresi idarəetmə və təsirini azaltma texnikalarını tətbiq etməyi
- Situativ hallarda emosiyaları sakitləşdirib, stresi idarəetmə texnikalarını bilərək iş həyatında tətbiq etməyi

Təlim kimlər üçündür?

- Stresi idarə etməyi öyrənmək və məruz qaldığı stresin təsirini azaltmaq istəyən hər kəs
- Stresli mühitlərdə, vətəndaşla/müştəri ilə birbaşa xidmətdə çalışanlar
- Monoton xüsusiyyətli işlərdə çalışanlar
- Tükənmə riski çox olan qurum əməkdaşları
Təlimin proqramı:
- Stresin neyrobiologiyası
- Stresi yaradan səbəblər
- Stres barədə miflər
- Stresin təzahürü, simptomlar
- Bizdən asılı olan və olmayan stressorlar
- Stresin idarə edilməsi
- Stresin idarə edilməsində koqnitiv metodlar
- Stresin idarə edilməsi və təsirinin azaldılmasındə bədənə yönəlmiş metodlar
- Stresin idarə edilməsində “mindfulness”-in rolu
- İş stresinin idarə olunması və o anda istifadə edilən texnikalar

Təlimin keçirilmə üsulları:
- Mini-mühazirə
- Diskussiya
- Məşğələlər
- Rol oyunları
- Fərdi və qrup işləri
- İştirakçılar üçün aktual olan konkret hadisə və vəziyyətlərin müzakirəsi
- Meditasiya
Təlimin müddəti:
1 gün/6 saat