Münaqişə yüksək səviyyədə olarsa təhlükəlidir, lakin bu onun tamamilə neqativ bir hal olduğu mənasına gəlmir. Düzgün idarə olunduğu təqdirdə konflikt önəmli və məhsuldar nəticələri olan bir prosesə çevrilə bilir. Əsas konflikt yox, onun ortaya çıxardığı nəticələrdir. Münaqişələr qaçılmazdır, çünki tərəflər fərqli mühitlərdən, mədəniyyətlərdən gələn, fərqli şəxsiyyət və xarakterik xüsusiyyətlərə sahib, fərqli məqsəd, maraq və mənafeləri olan insanlardır. Eyni zamanda qavrayışın fərqli olması, ünsiyyət tərzindən qaynaqlanan yanlışlar, stres halı və xüsusilə, köhnədən qalma həll olunmamış konfliktlər münaqişənin ortaya çıxmasını gözlənilən edir. Sağlam səviyyədə olmayan münaqişə ciddi mənada əhvala, motivasiyaya təsir edir, insanlar və ya qrupları qütbləşdirir, fərqlilikləri daha da dərinləşdirir, iş birliyini mümkünsüz edir, şübhə, güvənsizlik abu-havası yaradır və nəticədə məhsuldarlıq azalır. Həyatımız üzərində bu qədər təsirləri olan konfliktin səbəblərinin müəyyən edilməsi və həlli üçün bacarıqların qazanılması həyat keyfiyyətinin artmasını təmin edir.
Münaqişəli halların idarə edilməsi
Təlimdən nə əldə edəcəksiniz?
- Konfliktə olan münasibətin dəyişməsi
- Konfliktin subyektə xas səbəblərinin müəyyən edilməsi
- Qavrama fərqliliklərini anlamaq
- Qəzəbin idarə edilməsi
- Konfliktin həlli yollarının artırılması
- Konfliktlərin həlli üçün bacarıqların artırılması
Təlim kimlər üçündür?
Kimliyinizdən və harada yaşamağınızdan aslı olmayaraq, insanlarla təmasdasınızsa, kiçik və ya böyük ölçülü müxtəlif konfliktlərlə rastlaşmağınız qaçılmazdır. İnsanları anlamaqda çətinlik çəkirsinizsə, onların reaksiyalarını mənalandıra bilmirsinizsə, öz qəzəbinizi idarə etmək çətinləşibsə və uyğun həllər tapmaq sizin üçün asan deyilsə, bu təlim sizin üçündür.
Təlimin proqramı:
- Konfliktin xüsusiyyətləri
- Bir problem nə vaxt konflikt hesab edilir?
- Konfliktin mərhələləri
- Konfliktin pozitiv tərəfləri
- Şəxsiyyət tiplərinin bir-birini qavraması
- Konfliktin səbəbləri
- Qərar vermədə addımlar
- Münaqişənin qarşısının alınmasının üsulları
- Münaqişə hansı hallarda konstruktiv ola bilər?
- Qəzəbin idarə edilməsi yolları
- Konfliktin həllində ünsiyyət bacarıqlarının rolu
Təlimin keçirilmə üsulları:
- Mini-mühazirə
- Diskussiya
- Məşğələlər
- Rol oyunları
- Fərdi və qrup işləri
- İştirakçılar üçün aktual olan konkret hadisə və vəziyyətlərin müzakirəsi
Təlimin müddəti:
1 gün/6 saat