Emosional zəka testi
Yaşadığımız hər bir emosiya ətrafda baş verənlərə reaksiyamızı ifadə edir. Buna görə də emosiyalar özündə müəyyən məlumat daşıyır. Emosional zəka, bir növ, insanın həmin məlumatları oxumaq və səmərəli istifadə etmək qabiliyyətidir. Bəs bu qabiliyyət bizə nə üçün lazımdır? Emosional zəkası yüksək olan insanlar bu və ya digər hadisə zamanı hansı emosiyanı yaşadığı, onun intensivliyi və mənbəyi barədə aydın təsəvvürə malikdirlər. Onlar öz emosiyalarının davranışlarına necə təsir etdiyini təxmin edə və bununla da özlərini idarə edə bilirlər. Həmçinin digərlərinin emosional vəziyyətini anlayır və nəticədə onlara təsir edirlər.
Bəs Sizdə bu bacarıqlar varmı?
Özünüzü tanıma, idarə etmə, başqalarının emosiyalarını anlama və təsir etmə qabiliyyətiniz necədir?
Bunu müəyyən etmək üçün sizə Nikolas Hollun emosional zəka testini təqdim edirik. Dünyada emosional zəkanı təyin etmək üçün bir neçə metod var. Bu testi özəl edən xüsusiyyət odur ki, burada IQ testlərində olduğu kimi bir bal yox, emosional zəkanın 5 aspektinin hər biri üçün fərqli qiymətləndirmə aparılır.
Test 30 sualdan ibarətdir. Hər aspekti ölçmək üçün 6 sual verilmişdir.
Bu testdən əldə etdiyiniz nəticə Sizə EQ-nün məhz hansı xüsusiyyəti üzərində daha çox işləməli olduğunuz barədə sizə istiqamət verəcək. Təklif edirik ki, cavab verərkən uzun müddət düşünməməyə və özünüzə mümkün qədər obyektiv baxmağa çalışasınız.