Rabitəli, axıcı, sərbəst və düzgün danışmaq bir sənətdir. Bu sənətə yiyələnmək bilik və təcrübəni effektli paylaşmağa kömək edir. Düzgün nitq, həmçinin təsiretmə, idarəetmə, yönləndirmə gücünə malikdir. Bu sənətin incəlikləri sonradan öyrənilir və zamanla uğurlu nəticə əldə edilir. Bəs insanlar bundan nə dərəcədə faydalanır? Peşəkar təlimlərimizdə iştirak edərək nitqdəki bütün qüsurları aradan qaldırmaq mümkündür.
Diksiya təlimi
Təlimdən nə əldə edəcəksiniz?
- Müxtəlif templi deyilişlərdə aydın, təmiz və səlis tələffüzə nail olmaq. Üzvi və qeyri-üzvi nöqsanların aşkarlanması
- Danışıq aparatının (çənənin, dilin, dodaqların) düzgün qurulması, problemlərin aşkarlanması, qüsurların aradan qaldırılması
- Hərflərin düzgün tələffüzü
- Bədii yaradıcı düşüncənin inkişaf etdirilməsi
- Özünü düzgün ifadə etmə bacarığının formalaşması
- Kütlə qarşısında çıxış etmək bacarığının formalaşması
- Deyilənlərin düzgün jestlərlə çatdırlıması
Təlim kimlər üçündür?
Jurnalistlər, müəllimlər, tələbələr, həkimlər, polis əməkdaşları, vətəndaşlara xidmət sektorunun əməkdaşları, iş adamları, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər, nitq problemi olanlar, bir sözlə, qüsursuz danışmaq istəyən hər kəs müraciət edə bilər.
Təlimin proqramı:
1. Düzgün nəfəs texnikaları
2. Dolğun səs
- Monotonluqdan xilas olmaq
- Cəlbedici səsə yiyələnmək
3. Aydın tələffüz
- Qüsurlu hərflərin-səslərin düzəldilməsi
- Parazit kəlmələrdən xilas olmağın texniki və psixoloji tərəfləri
4. Düzgün intonasiya
5. Uğurlu fasilə
- Çıxış edərkən həyəcanı idarə etməyin yolları
- Kütlə qarşısında nitq söyləmək
- Səsi qorumağın 10 qaydası
- Səsə zərər vuran vərdişlər
6. Jest və mimika, bədən dili
7. Diksiya və natiqliyin pxisoloji tərəfləri
- Həyəcanın idarə edilməsi
- Özünə təlqin, özünəinam və s.

Təlimin keçirilmə üsulları:

- Mini-mühazirə
- Məşğələlər (Mətnlərin oxunması, nəfəs məşğələləri, bədii qiraət)
- Açıq havada məşğələlər
- Meditasiya ilə səsin köklənməsi və qurulması
Təlimin müddəti:
1 ay (Hər dərs 1 saat olmaqla həftədə 2 dəfə/ay ərzində minimum 6, max 8 dərs)