Mindfulness qısaca şüurlu fərqindəlik deməkdir. Şüurlu fərqindəlik bu anda yaşanan emosiya, düşüncə və hadisələrə mühakimə etmədən şüurlu və incə bir şəkildə mərkəzlənmə və izləyə bilmə bacarığıdır. Yəni, mindfulness diqqətimizin getdiyi yeri idarə etməkdir (Məsələn, avtomobilin sükanını tutaraq ona istiqamət verməyiniz kimi). Günümüzdə mindfulness əsaslı tapşırıqları tətbiq edərək və proqramlarda iştirak edərək, həm diqqət yönləndirməsini yaxşılaşdırmaq, həm digər insanlara qarşı mühakimə edici xüsusiyyəti azaltmaq, həm də anlayış və şəfqət hissini inkişaf etdirmək mümkündür. Elmi araşdırmalarla dəstəklənən mindfulness əsaslı tapşırıqları həyatınıza və ya əməkdaşlarınızın həyatına qataraq stresin təsirini azalda, daha fərqindəlikli, məhsuldar bir yaşama və işə sahib ola bilərsiniz.
Mindfulness nədir?
Təlimdən nə əldə edəcəksiniz?
Mindfulness haqqında məlumat, üzərinizdə tətbiq edərək Sizin üçün uyğun olan formasını seçmə, tətbiq etmək üçün formal və qeyri-formal tapşırıqlar və onların əks olunduğu səs yazıları.
Təlim kimlər üçündür?
Həyatına mindfulnessi qatıb daha yaxşı diqqət yönləndirməsinə, emosional stabilliyə malik olmaq istəyən hər bir şəxs, eləcə də əməkdaşlarının stres səviyyəsinin azalmasına dəstək olmaq istəyən hər bir qurum üçün.
Təlimin proqramı:
- Mindfulness nədir?
- Mindfulness nə deyildir?
- Mindfulness əsaslı tapşırıqların zehin və bədənə, dolayısı ilə həyat keyfiyyətinə təsiri
- Mindfulness əsaslı proqramlar barədə məlumat
- Praktik olaraq tətbiqi üsulları
- Formal və qeyri-formal tapşırıqlardan nümunələr
- Praktiki hissə
Təlimin keçirilmə üsulları:
- Mini-mühazirə
- Diskussiya
- Məşqlər
- İştirakçılar üçün aktual olan konkret hadisə və vəziyyətlərin müzakirəsi
- Meditasiya
Təlimin müddəti:
1 gün/6 saat