Kouçinq insanları dərindən düşünməyə vadar edən, öz şüurunu və ya potensialını ortaya qoyan bir sistemdir. Həmçinin kouçinq dedikdə dövrümüzdə, qeyri-müəyyən və mürəkkəb mühitlərdə, xüsusilə, vacib olan fərdi və peşəkar potensialı maksimum dərəcədə artırmaq, özünü inkişaf etdirmək üçün ruhlandırıcı, düşündürücü və yaradıcı bir proses nəzərdə tutulur. Kouçinq insana səriştəni artırmağa, qərar qəbul etməyə, həyat səviyyəsini artırmaq üçün alternativ yolları görməyə, özünə və hadisələrə fərqli baxış bucağından baxmağa və sınamağa kömək edir. Kouçinq hər insanın yaradıcı, bacarıqlı və bütöv olduğuna, bütün qaynaqlara sahib olduğuna inanır, insanın mövcud olan potensialının ortaya çıxarmasını və bunun davranışlarında əks etdirməsini dəstəkləyir. Kouç müştərilərin özünü kəşf etməsinə təşviq edir, onlara əldə etmək istədiyini aydınlaşdırmaqda, daha sistemli, qərarlı və məsuliyyətli olmaqda, həll yolları və strategiyalar tapmaqda kömək edir və bu yolda onunla bərabər addımlayır. Kouç, eyni zamanda, insana daxili motivasiyasını tapmağa kömək edir, pozitiv qavrama və düşünmə bacarığı qazandırır.
Kouçinq nədir?
Kouçlar kimlərdir?
ICF akkreditə olunmuş təlim proqramını keçmiş, bu proqramın bütün tələblərini yerinə yetirmiş, peşəkar praktik təcrübəyə sahib olan və öz üzərində ciddi işləyən, davamlı təlimlərlə özünü inkişaf etdirən, kouçinq prinsiplərini həyat prinsipləri halına gətirmiş bir insandır.
Kouçlar kouçluq edərkən, müştərini tamamilə neytral və ittihamsız dinləyərək, onun istədiyi nəticəyə nail olmasını dəstəkləyəcək metod və alətlərdən istifadə edə bilən və müştərinin şəxsi məlumatlarını gizli saxlayan bir yol yoldaşıdır.
Hansı sorğularla bağlı kömək edirik?

- Karyera ilə bağlı məqsəd, baxış, hədəfini, dəyərlərini, potensialını gücləndirmək
- Karyera yolunda qarşıya çıxan çətinliklər və problemlərin həlli
- Karyera planı qurmaq
- Mükəmməl, xoşbəxt, balanslı və uğurlu karyeraya sahib olmaq
- Tez-tez iş dəyişdirmək və istədiyi işi/mühiti tapa bilməmək halları
- İş həyatında yüksəlmək və özünü inkişaf etdirmək
- İş həyatında fərqli sahəni, iş və ya sektorunu dəyişmək istəyi
- İdeyasını layihəyə çevirmək, yeni iş qurmaq istəyi
- Özgüvən əskikliyi yaşayanların güclü tərəflərini aşkarlamaq
- İş və həyat balansı qurmaq
- Qərar verməkdə çətinlik yaranan zamanlar
Kouç sessiyalarını hansı formatda aparırıq?
Kouçinq müştərinin gözləntilərini, çətinliklərini, hədəf və çatmaq istədiyi nəticəni müəyyən etmək üçün fərdi görüş ilə başlayır.
İlk görüş demo seansdır və ödənişsizdir. İlk görüşün müddəti orta hesabla 15 dəqiqədir. Sonrakı görüşlər həftədə bir və ya iki həftədə bir keçirilir. Seansların müddəti 1 saat olur, sessiyalar arasındakı müddət kouç ilə müştəri alan arasında müəyyənləşdirilir. Seanslar üz-üzə və ya online edilir.
İlk görüşdə kouç müştərinin həyatında olan sahələr üzərində işlənilir və davam etdirmək istədiyi sahə müəyyənləşdirilir. Növbəti seanslarda hədəf çalışmaq istədiyi sahə ilə əlaqəli olaraq müəyyənləşdirilir və buna nail olmaq üçün tələb olunan strategiya və fəaliyyət addımları ortaya qoyulur və izlənilir.
