Penetration testinqin əsasları

Pentest (Penetrasiya)-şirkətin şəbəkə infrastrukturunun, serverlərinin və ya zəiflikləri aşkar edən tətbiqlərinin təhlilidir. Başqa sözlə, pentest test çərçivəsindəki sistem və ya sistemləri “ələ keçirmə” yönümlü yoxlamadır. Testi həyata keçirən şəxslər müəyyən edilmiş hücumçu profillərini simulyasiya edirlər. Holdinq, bank, dövlət və s. bu kimi böyük sistemlər və şəbəkələr istifadə edən qurumlarda məlumat təhlükəsizliyinin təmin edilməsi çox məsuliyyətli və çətin prosesdir. Buna görə də müəyyən vaxt periodlarında bu sistemlərin təhlükəsizliyi yoxlanılır. Həyata keçirilən bu yoxlama proseduru Pentest adlanır.

Pentest təşkilatın təhlükəsizlik siyasətinin həqiqətən təsirli olub-olmadığını yoxlayan üsuldur. Məlumatların qorunmasının yoxlanılması təşkilata yalnız müdaxilənin qarşısını almaqda və aşkarlamaqda deyil, həm də bədniyyətli şəxsin sistemdən ən səmərəli şəkildə çıxarılmasına da kömək edə bilər.