İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistematik, kompleks yanaşma tələb edir. Bu gün informasiya təhlükəsizliyinə təhdidlər çox ciddi mərhələyə adlayıb. Dünyanı narahat edən böyük problemlərin əksəriyyəti məhz informasiya təhlükəsizliyi siyasətindəki boşluqlar səbəbindən yaranır. Dövlətin, cəmiyyətin və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Məsələnin kökündə internetin sürətli inkişafı, yeni veb texnologiyalar əsasında yaradılmış proqram təminatı sistemlərinin mühafizəsi dayanır. Komandamız tərəfindən təqdim olunan təlim İnformasiya Texnologiyaları sahəsində istifadəçilərinin ayıq-sayıqlığını təmin etmək məqsədilə tövsiyə xarakteri daşıyır. Təlim, həmçinin fərdlərin və eləcə də, müəssisə daxilindəki əməkdaşların həm şəxsi, həm də təşkilatın ən dəyərli resurslarından olan informasiya resurslarının qorunması ilə bağlı məsuliyyətlərini anlamalarını təmin etməlidir. İstifadəçilər dələduzların aldadıcı tələlərinin hədəfinə çevrilməməli, informasiya resurslarından istifadə zamanı hər zaman təhlükəsizlik təbdirlərini ön plana çəkməlidirlər.
İnformasiya təhlükəsizliyi-maarifləndirmə
Təlimdən nə əldə edəcəksiniz?
- İnformasiya təhlükəsizliyi əsaslarını öyrənəcəksiniz
- Məlumatlarınızdan təhlükəsiz şəkildə istifadənin vacibliyini tam dərk etmiş olacaqsınız
- Sizə və iş yerinizə aid məlumatları bölüşərkən mümkün risklərdən agah olacaqsınız
- Kiber hücumlara, sosial mühəndislik cəhdlərinə daha hazırlıqlı olacaqsınız
- Real və phising elektron məktublarını fərqləndirə biləcək və özünüzün, yaxınlarınızın informasiyasını qorumağı öyrənəcəksiniz
- Simulyativ kiber hücum nümayişləri vasitəsilə əyani şəkildə hücumların şahidi olacaqsınız
- Əməkdaşlarınızı bu sahədə maarifləndirmiş və bununla da informasiya təhlükəsizliyi risklərini azaltmış olacaqsınız
Təlim kimlər üçündür?
- İşlərini təhlükəsiz yerinə yetirmək üçün elekton informasiya daşıyıcılarından və internetdən etibarlı istifadəyə ehtiyac olan əməkdaşlar/son istifadəçilər
- Şirkətdə İnformasiya təhlükəsizliyi riskini azaltmaq istəyən rəhbərlər, menecerlər
- İnformasiya Təhlükəsizliyi əsaslarını öyrənmək istəyənlər
Təlimin proqramı:
- İnformasiya nədir?
- “İnformasiya təhlükəsizliyi” nədir?
- İnformasiya təhlükəsizliyinə görə kimlər cavabdehdir?
- İnformasiya təhlükəsizliyinin əhəmiyyəti nələrdir?
- Fiziki təhlükəsizlik və onun əsasları
- Sosial mühəndislik, növləri və ondan qorunma üsulları
- Şifrə təhlükəsizliyi
- İnternetdən təhlükəsiz istifadə üsulları
- E-mail təhlükəsizliyinin qorunması
- Kiber hücumlar və onlardan qorunma üsulları
- Zərərverici proqram təminatlarından mühafizə
Təlimin keçirilmə üsulları:
- Mini-mühazirə
- Diskusiya
- Rol oyunları
- Fərdi və qrup işləri
- İştirakçılar üçün aktual olan konkret hadisə və vəziyyətlərin müzakirəsi
- Kiber hücumların aparılmasının simulyativ nümayişi
Təlimin müddəti:
1 gün/7 saat