Korporativ mühitin peşəkar psixodiaqnostikası komandadakı problemləri müəyyənləşdirmək, şirkətə qazanc gətirəcək əməkdaşları seçmək, idarəetmə qrupu ilə işləmək, təlim ehtiyaclarını müəyyənləşdirmək və s. kimi xidmətləri özündə birləşdirir. Əməkdaşların psixodiaqnostikası kadrların psixoloji sağlamlığını qorumaq, daxili potensialını və inkişaf perspektivlərini müəyyənləşdirmək kimi öhdəlikləri öz qarşısına əsas hədəf qoyur. Peşəkar psixodiaqnostika vasitəsi ilə kadrların aktual problemləri, onların təlimatlandırılmasının vacibliyi, peşəkarlığının artırılması kimi ehtiyacların müəyyənləşdirilməsi mümkündür.
Biz nə edirik?
Nədən başlamaq lazımdır?
Əlverişli korporativ psixoloji mühit necə yaradılır? Bunun üçün nə lazımdır və haradan başlamaq lazımdır?
Komandadakı psixoloji mühitin optimallaşdırılması istiqamətində ilk addım onun diaqnozudur. Aşağıdakı məqamlara aydınlıq gətirmək vacibdir:
- Yaranan münaqişələrin, işçilərlə rəhbərlik arasında xoşagəlməzliklərin səbəbləri nədir?
- Komanda öz inkişafının hansı mərhələsindədir?
- İşçilər atmosferi yaxşılaşdırmaqda maraqlıdırlarmı?
- Heyətin motivasiyası nədir?
- Qurumda korporativ mədəniyyət və s. inkişaf etdirilibmi?

Xidmətimizdən yararlanmaq sizə nə verəcək?

-
Diaqnostika şirkətinizdə baş verənlər barədə aydın və tam bir təsəvvür yaradacaq.
-
Kollektiv daxilində şəxsiyyətlərarası münasibətlərin üstünlük təşkil edən xarakterini aşkar edəcək. (rəsmi işgüzar, dostcasına, gərgin, düşmən)
-
Hər bir əməkdaş üçün xarakteristikanız olacaq.
-
Komandadakı psixoloji uyğunluq səviyyəsini, tezliyini və qarşıdurmaların səbəblərini müəyyənləşdirəcək.
-
Fiziki iş şəraitinin və işçilərin iş yerlərinin rahatlığının nə qədər əlverişli olduğunu göstərəcək.
-
Heyətin idarəedilməsindəki zəif nöqtələri göstərəcək. (aydın olmayan tapşırıqlar, avtoritar idarəetmə tərzi, inkişaf etməmiş korporativ mədəniyyət) və s.
İşimizin ardıcıllığı:
-
Müştəri ilə mövzu predmetinin müzakirəsi, problemli sahələrin müəyyənləşdirilməsi və aydınlaşdırılması
-
Qiymətləndirmə obyektinin seçimi. (Şirkətin bütün heyəti və ya konkret bir qrup əməkdaş)
-
Hədəf auditoriyasının metodlarımıza əsasən psixodiaqnostikası
-
Əldə edilən məlumatlara əsaslanan analitik iş
-
Müştəriyə yekun hesabatın təqdim edilməsi və nəticələrin müzakirəsi
-
Aşkarlanan məsələlərin həll olunması istiqamətində tövsiyələr
-
Tövsiyə olunan həll planların birbaşa həyata keçirilməsi və ya icrasında dəstək
-
Nəticələrin ölçülməsi üçün indikatorların müəyyən edilməsi

İstifadə etdiyimiz metodlar

-
İndividual və qrup söhbətləri/intervyular
-
Testlər
-
Sorğular
-
Canlı və kameralar vasitəsilə/rəqəmsal müşahidə
-
Materialların, sənədlərin araşdırılması
-
Müqayisəli təhlil
Niyə biz?
Korporativ mühitin psixoloji analizi və onun yaxşılaşdırılması mütəxəssis işidir. Yalnız mütəxəssis, təcrübəli psixoloq və ya konsultant korporativ mühiti öyrənməklə əməyin məhsuldarlığının artırılması məqsədilə onun optimallaşdırılması üçün peşəkar təkliflər verə bilər. AİİM mütəxəssisləri müasir təhlil metodlarından istifadə edərək komandadakı psixoloji durumun diaqnozunu həyata keçirir. Biz fəaliyyətimizi etik və peşəkar tələblərə uyğun aparır, nəticə əldə etmək üçün fəaliyyətimizi düzgün planlaşdırırıq. Gördüyümüz işin nəticələrini sistemləşdirilmiş, rəsmiləşdirilmiş formada təqdim edir, məqsədyönlü tövsiyələr veririk. Verdiyimiz tövsiyələrin tətbiqində iştirak edir və ya dəstək oluruq.