İnsan doğulduğu gündən etibarən (hətta ana bətnindən) daim ünsiyyətdədir. Çox vaxt birbaşa münasibətin qurulmasına, sözlü ünsiyyətin baş tutmasına ehtiyac olmadan da ünsiyyət prosesi başlaya bilər. Əsas olan iki insanın bir-birinin fərqinə varmasıdır. Artıq bir çoxlarının bildiyi faktdır ki, insanlar demək istədiklərinin yalnız 7%-ni sözlər, 38%-ni səs tonu və 55%-ni isə bədən dili vasitəsilə çatdırır. Bədən dili məlumatın üz ifadələri, jestlər, toxunuşlar, dekorativ detallar (geyim, bəzək əşyaları, döymələr) ilə çatdırılması deməkdir. Oturuş, duruş, baxış, əl, ayaq hərəkətləri və s. sözlərin deyə bilmədiklərini izah edir. Müasir dövrdə “Bədən dili” mövzusunda bir çox filmlər, dərgilər, veb məqalələr, kitablar mövcuddur. Diqqət etsəniz, hər birində ayrıca jestlərin mənasından, onları oxumaq və istifadə etmək üsullarından bəhs edilir. Lakin bədən dili ilə bağlı bilməli olduğumuz bir neçə həqiqət var. O qaydalardan agah olduqdan sonra ayrıca jestlərin mənasının oxunmasına ehtiyac qalmır. Komandamızın təqdim etdiyi “Bədən dili” təlimi deyilənlərin xaricində olanları şərh etmək üçün ipucları təqdim edir.
Bədən dili
Təlimdən nə əldə edəcəksiniz?
- Bədən dilindən effektli istifadə
- Sözsüz çatdırılan fikirləri anlamaq üsulları
- Emosiyaların insan simasından oxunması texnikaları
- Fikrin təsirli ifadə olunması bacarıqları
- Emosiyaların dərk edilməsi və idarə olunması bacarıqları
- Yalanı aşkarlama metodları

Təlim kimlər üçündür?

- Ünsiyyətin vacib olduğu sahələrdə çalışanlar
- Fərdi keyfiyyət və ünsiyyət bacarıqlarını inkişaf etdirmək istəyənlər
- İş/şəxsi həyatına arzuolunan təsir göstərmək istəyənlər
- Təlimçilər, İR mütəxəssisləri, katiblər/katibələr, şəxsi köməkçilər, inzibatçılar və başqaları ilə münasibətlərində daha yüksək nəticələr əldə etmək istəyənlər
Təlimin proqramı:
- Bədən dili nədir?
- Bədən dili nədən xəbər verir?
- Bədən dilinin önəmi
- Diqqətin cəmlənməsi üsulları
- Bədən dili barədə 3 mif
- Bədən dili barədə 3 qızıl qayda
- Danışarkən qarşı tərəfdə ən çox nələrə diqqət etməliyik?
- Emosiyaların üzdə əks olunması və oxunması qaydaları
- Şəxsi məsafə
- Güzgü effekti
- Əlavə: Yalanın müəyyən edilməsi

Təlimin keçirilmə üsulları:
- Diskussiya
- Rol oyunları
- Fərdi və qrup işləri
- İştirakçılar üçün aktual olan konkret hadisə və vəziyyətlərin müzakirəsi
- Bədən dilini oxumaq üçün müxtəlif trenajorlar və testlər
Təlimin müddəti:
1 gün/6 saat