Müasir işgüzar aləmdə “Biznes etikası” qaydalarının tətbiqi hər bir şirkətin, xüsusilə inkişafa can atan təşkilatların fəaliyyətinin mütləq tərkib hissəsidir. Bununla yanaşı, son nəticə hər bir işçinin bu qaydaları nə dərəcədə yaxşı bilməsindən və gündəlik işdə necə tətbiq etməsindən birbaşa asılıdır. Bəs qısa müddətdə əsas iş prosesinə ara vermədən əməkdaşlara korporativ mədəniyyətin vacibliyini aşılamaq, işgüzar ünsiyyətin etik standartlarına riayət etmə ehtiyacını inkişaf etdirmək və bunun üçün lazımi bacarıqları necə formalaşdırmaq olar? "Biznes etikası" təlimimiz bu suala cavab verir. Təlim çoxsaylı insan və təşkilatın praktikada sınaqdan keçirdiyi, hər cür işgüzar ünsiyyətdə tətbiq olunan, aydın praktik qaydalar, prinsiplər, hazır həll və tövsiyələr şəklində ifadə edilmiş ümumiləşdirilmiş təcrübələr toplusudur.
Biznes etikası
Təlimdən nə əldə edəcəksiniz ?
- Korporativ mühitdə effektli ünsiyyət üçün zəruri olan vərdiş və bacarıqlar
- İşgüzar münasibətlərdə yeni baxış modelinin formalaşması
- Müxtəlif işgüzar vəziyyətlərdə şirkətin korporativ dəyər və prinsiplərinin tələblərinə uyğun çıxış yolları
- Enerjini gündəlik insanlararası münasibətlərin qorunmasına deyil, peşəkar məqsədlərə yönəltmək vərdişinin formalaşdırılması
- Müasir işgüzar mühitin insanlara, şirkətlərə olan tələbləri
- Əməkdaşlar tərəfindən özləri və işlədiyi şirkət üçün mükəmməl biznes imicin formalaşdırılması üsulları
- Biznes etika sahəsində səriştənin formalaşdırılması
Təlim kimlər üçündür?
- Müəllimlər
- İctimai şəxslər
- Menecerlər
- İdarəçilər
- Danışıqların aparılması üzrə mütəxəssislər
- Şirkətin imicini, korporativ mədəniyyətini təmsil edən əməkdaşlar
Təlimin proqramı:
- Etika və etik davranış anlayışları
- Fərdin etik davranışına təsir edən amillər
- Etikanın biznes üçün əhəmiyyəti
- Biznes etika aşağı olan şirkətlərdə tez-tez rast gəlinən etik problemlər
- Korporativ davranış
- Korporativ dəyərlər
- Korporativ davranış qaydaları/Hər bir dəyər üzrə etik normalar
- Ümumi etik normalar
- Korporativ davranış qaydaları üzrə tədbirlər
Təlimin keçirilmə üsulları:
- Mini-mühazirə
- Diskussiya
- Məşğələlər
- Rol oyunları
- İştirakçılar üçün aktual olan konkret hadisə və vəziyyətlərin müzakirəsi
Təlimin müddəti:
1 gün/6 saat