Vaxtın idarə olunması ilə bağlı müxtəlif məşhur nəzəriyyələrin, praktik texnikaların olmasına baxmayaraq, insanların əksəriyyəti onlardan ya istifadə etmir, ya da yararlı olmadığını iddia edərək yenə də bu mövzuda əlavə tövsiyələr və konsultasiyalara ehtiyac duyur. Zamanın idarə edilməsinin həqiqi prosesi insanın özünü, dəyərlərini, prioritetlərini dərk etməsi və onları idarə etməsindən başlayır. Həqiqət ondan ibarətdir ki, insan vaxtı və ya onun miqdarını deyil, müəyyən vaxt çərçivəsində özünü, vaxtdan necə istifadə edəcəyini idarə edə bilər. Komandamızın təlim zamanı verəcəyi texnikalar Sizin üçün əslində nəyin vacib olduğunu anlamanıza, daha sonra öz prioritetlərinizi diqqət mərkəzində saxlayaraq qərar vermənizə və fəaliyyətinizi idarə etmənizə vəsilə olacaqdır.
Vaxtın idarə olunması
Təlimdən nə əldə edəcəksiniz?
- Sizin üçün əslində nəyin vacib olduğunu müəyyən edə biləcək və onlara uyğun prioritetlərinizi təyin edəcəksiniz
- Planlaşdırma və təşkilati bacarıqlarınızı inkişaf etdirəcəksiniz
- Vaxtı deyil, özünüzü və qərarlarınızı idarə etməyi öyrənəcəksiniz
- "Vaxt oğruları"nı müəyyənləşdirməyi və onları azaltmaq strategiyalarından istifadə etməyi öyrənəcəksiniz
- Vaxtın stres faktor kimi təsir gücünü azaltmağı öyrənəcəksiniz
Təlim hansı hallarla bağlı tövsiyə olunur?
- “Vaxtım yoxdur”, “Gün necə gəldi, keçdi, xəbərim olmadı”, “İşlərimi çatdırmıram”, “Hər gün işdən sonraya qalıram ki, günlük işlərimi bitirim”, “Özümə və sevdiklərimə vaxt ayıra bilmirəm” kimi düşüncələriniz yarandığını müşahidə edirsinizsə;
- Bir neçə işi eyni anda görməli və onların effektivliyini də təmin etməlisinizsə;
- Vaxtınızı daha səmərəli keçirmək istəyirsiniz, amma daima kimsə və ya nələrsə sizi yayındıra bilirsə;
- Vacib layihə üzərində işdən tutmuş ailənizlə istirahət planlarına qədər hər bir işi effektiv təşkil etmək istəyirsinizsə;
- Özünüzü qeyri-mütəşəkkil və qeyri-dəqiq hesab etməyə vərdiş edərək, bunu xarakterinizin xüsusiyyətlərinə aid edirsinizsə;
- Zamanın keçdiyini hiss edir, amma heç bir şeyin dəyişmədiyini və istəklərinizin yerinə yetmədiyinizi müşahidə edirsinizsə.
Təlimin proqramı:
- Zaman anlayışı
- Psixologiya elminin zaman anlayışına baxışı
- Zaman barədə miflər
- “Vacib” və “Təcili” anlayışları
- Zamanın idarə olunmasında çətinliklər
- Zamanın növləri
- Zamanın idarə olunmasının mərhələləri
- Zamanın idarə olunmasına mane olan amillər (Zaman oğruları)
- Effektivlik piramidası
- Gündəlik planların düzgün bölünməsinin texnikaları
- Zaman tələləri ilə düzgün işləməyin üsulları
- “Mənim bir dəqiqəm” anlayışı
- Prokrastinasiya
- Zaman artırıcıları
Təlimin keçirilmə üsulları:
- Mini-mühazirə
- Diskussiya
- Məşğələlər
- Rol oyunları
- İştirakçılar üçün aktual olan konkret hadisə və vəziyyətlərin müzakirəsi
Təlimin müddəti:
1 gün/6 saat