Təlim sahəsi son zamanlar ölkəmizdə ən geniş yayılmış fəaliyyət istiqamətlərindən biridir. Öz sahələrində geniş bilik bazasına sahib olan və uzun illər təcrübə toplamış peşəkarlar bir müddət sonra təlimçi kimi fəaliyyət göstərməyə başlayır. Eyni zamanda bir çox şirkətlər öz daxili təlimçi bazasını formalaşdıraraq əməkdaşlarına həm motivasiya, həm də inkişaf imkanları təqdim etməyə çalışırlar. Təlimçilər üçün təlim proqramı məhz bu tələbatın peşəkarlıqla ödənilməsini hədəfləyir.
Təlimçilər üçün təlim
Təlimdən nələr əldə edəcəksiniz?
- Effektiv təqdimat üsulları
- Təlimin planlanması və təşkil olunması
- Çətin vəziyyətlərdən çıxış yolları
- Öyrənmə motivasiyasının yaradılması
- Fərqli tədris metodlarından istifadə bacarığı
- Təlim zamanı emosiyaların idarə edilməsi
- İştirakçılar ilə səmərəli ünsiyyət

Təlim kimlər üçündür?
- Peşəkar təlimçi kimi fəaliyyət göstərmək istəyən şəxslər
- Öz əməkdaşlarını peşəkar təlimçi kimi yetişdirmək istəyən təşkilatlar
- Müəllimlər
- İctimai şəxslər
- İdarəçilər
- Danışıqlar üzrə mütəxəssislər
Təlimin proqramı
- Təlim nədir?
- Təlimçi kimdir?
- Təlimçi olmaq üçün vacib olan xüsusiyyətlər
- Təlimçi olmağa mane olan məqamlar
- Təlimin mərhələləri və metodları
- Öyrənmə səviyyələri
- Özünü təqdim etmə texnikaları
- Motivasiyanın azalmasına təsir edən amillər
- Təlimdə vaxtın idarə edilməsi
- Bədən dili, sualların verilmə tərzi və ümumi müzakirə
- “Təlim canavarları” ilə davranış formaları
- Həyəcan və onun idarə edilməsi: Nəfəs məşqi
- PPT hazırlanması qaydaları
- İştirakçılar tərəfindən təlim hazırlanması
- İştirakçıların təlimlərinin müzakirəsi və dəyərləndirilməsi

Təlimin müddəti:
5 gün/30 saat
Təlimin keçirilmə üsulları:
- Mini-mühazirə
- Diskussiya
- Məşğələlər
- Rol oyunları
- Fərdi və qrup işləri
- İştirakçılar üçün aktual olan konkret hadisə və vəziyyətlərin müzakirəsi
