Məxfilik qaydaları

İSTİFADƏÇİ RAZILAŞMASI

 

 

Bu Razılaşmanı diqqətlə oxumağınız xahiş olunur.

Bu Razılaşma www.aiim.az veb saytının bütün istifadəçiləri üçün məcburi olan şərtləri və tərəflərin öhdəliklərini nəzərdə tutur.

Nəzərə alın ki, bu Razılaşmanı təsdiq etməklə Siz buradakı şərtlərlə tanış olduğunuzu, bütün şərtləri tam həcmdə qəbul etdiyinizi bəyan edir və onlara riayət edəcəyinizlə bağlı öhdəlik götürürsünüz. 

 

1. İstifadə edilən anlayışlar


Sayt - www.aiim.az ünvanı üzrə domendə yerləşdirilmiş, idarəedicisi “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti olan internet saytıdır;

Saytdan istifadə - saytın funksional imkanları çərçivəsində kontentin nəzərdən keçirilməsi, saytda qeydiyyat, habelə digər əməliyyatların aparılması;

İstifadəçi/Siz - Razılaşmanın şərtlərini qəbul edərək www.aiim.az saytından istifadə edən bütün fiziki və hüquqi şəxslər;

Saytın idarəedicisi - “İnnovasiyalar Mərkəzi” MMC;

Kontent -  Sayt vasitəsilə İstifadəçiyə təqdim edilən məlumatlar, mətn, qrafik, audio, video  və s. materiallar, xidmətlər, habelə müəllif hüquqlarının və/və ya əlaqəli hüquqların obyektləri də daxil olmaqla digər materiallar;

Razılaşma - bütün əlavə və dəyişiklikləri ilə birlikdə hazırki İstifadəçi Razılaşması;
Məxfilik Siyasəti - İstifadəçinin fərdi məlumatlarının işlənməsi barədə müddəaları ehtiva edən bu sənədin tərkib hissəsi;

Şəxsi hesab - Saytda qeydiyyatdan keçdikdən sonra İstifadəçinin giriş hüququnu əldə etdiyi Saytın fərdi bölməsi;

Məlumat prosessoru -  fərdi məlumatları saxlayan, emal edən, toplayan və qanunvericiliklə nəzərdə tutulmuş hallarda istifadə edən subyekt;

Fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;

Xüsusi kateqoriyalı fərdi məlumatlar - fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar;

Açıq fərdi məlumatlar - bu kateqoriyaya müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir. Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur.

Konfidensial fərdi məlumatlar - qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mühafizə olunan məlumatlardır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər.

Fərdi məlumatların toplanılması - şəxs barəsində fərdi məlumatların qanuna uyğun olaraq əldə edilməsi;

Fərdi məlumatların işlənilməsi - fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi);

 

2. Razılaşmaya dəyişiklik edilməsi

 

Bu Razılaşmanın mətnində istənilən zaman və İstifadəçiyə əvvəlcədən xəbərdarlıq edilmədən əlavələr, dəyişikliklər edilə bilər, eləcə də onun müddəalarının ləğvi həyata keçirilə bilər. Bu halda Razılaşmanın  yeni redaksiyası saytda yerləşdirildiyi və ya digər formada İstifadəçinin nəzərinə çatdırıldığı andan qüvvəyə minir. Bu cür dəyişikliklər edildikdən sonra Siz Saytdan istifadə etməklə, bu dəyişiklikləri qəbul etmiş olursunuz. İstifadəçi edilmiş dəyişikliklərlə razılaşmadıqda, saytdan istifadəni dayandıra bilər.

Saytda İstifadəçiyə əvvəlcədən xəbərdarlıq edilmədən dəyişikliklər, əlavələr edilə bilər. Saytda hər hansı məhdudlaşdırma, müvəqqəti dayandırma kimi hərəkətlər ediləcəyi halda İstifadəçiyə bu barədə məlumat veriləcəkdir.  

 

3. Saytdan istifadə şərtləri

 

Saytın təqdim etdiyi imkanlardan tam həcmdə istifadə etmək üçün İstifadəçi Saytda qeydiyyatdan keçməlidir. Bu zaman istifadəçiyə aid unikal qeydiyyat hesabı yaradılacaq və şəxsi hesab formalaşacaqdır.

Saytda qeydiyyatdan keçməklə İstifadəçi təsdiq edir ki, qeydiyyat zamanı İstifadəçi tərəfindən göstərilən məlumatlar etibarlı və düzgün məlumatlardır.
İstifadəçi istifadə etdiyi avadanlıqların və şəxsi hesabına giriş şifrələrinin, elektron ünvan və bu kimi məlumatların məxfiliyini qorumaq üçün məsuliyyət daşıyır və onlardan icazəsiz istifadənin qarşısını almaq üçün ağlabatan üsullardan istifadə etməyi öhdəsinə götürür. İstifadəçi qeydiyyat hesabı ilə icra edilən bütün hərəkətlərə və onların nəticələrinə görə məsuliyyət daşıyır. Məxfiliklə bağlı təhlükəsizlik qaydalarına riayət edilməməsi nəticəsində müvafiq məlumatların hər hansı səbəbdən üçüncü şəxslərə məlum olması halında İstifadəçiyə dəyən zərərə görə Saytın İdraəedicisi məsuliyyət daşımır.

İstifadəçi şəxsi hesabından icazəsiz istifadə barədə rastlaşdığı hər hansı hal barədə saytın idarəedicisinin elektron poçt ünvanına dərhal məlumat verməlidir, bu halda İstifadəçi şifrəsini istənilən vaxt dəyişə bilər. İstifadəçiyə aid məlumatlar qanunvericiliyə və Məxfilik Siyasətinə uyğun olaraq toplanır, saxlanılır və işlənilir.

Sayta çıxışı qeyri-mümkün edən telefon, informasiya texnologiyaları və ya proqram mühiti yaxud internet rabitəsinin olmaması və ya uyğunsuzluğu nəticəsində yarana biləcək ziyana görə sayt idarəedicisi məsuliyyət daşımır.
Saytın idarəedicisi Saytda əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə səy göstərəcək, lakin, İstifadəçi tərəfindən daxil edilən məlumatların doğruluğu və tamlığına dair hər hansı zəmanət vermir, habelə, öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər istisna olmaqla, saytın istifadəsi nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç bir halda məsuliyyət daşımır.

 

4. Əqli mülkiyyət və müəlliflik hüquqları

 

Sayt  “İnnovasiyalar Mərkəzi” MMC-yə  məxsusdur və onun yazılı icazəsi olmadan hər hansı bir əməliyyatla və ya hər hansı digər vasitə ilə qismən və ya tamamilə çoxaldılması, yenidən emal edilməsi, mənbə kodlarının ələ keçirilməsi və ya alınmasına cəhd edilməsi qadağandır və müəllif hüquqlarının pozulmasına səbəb olur.

Saytda yerləşdirilmiş kontentdən İstifadəçi yalnız şəxsi istifadə məqsədləri üçün faydalana bilər.  Saytın tərkibinə daxil olan elementlərin (proqramlar və məlumat bazaları, kontent, dizayn elementləri, loqolar və s.) köçürülməsi, çoxaldılması, surətinin çıxarılması, dəyişdirilməsi, yayılması, gəlir əldə etmək məqsədilə və ya digər şəxslərin xeyrinə birbaşa istifadəsi, ictimaiyyətə təqdim edilməsi qadağandır.

İstifadəçi Saytın idarəedicisinin əmlak və/və ya şəxsi qeyri-əmlak hüquqlarını, habelə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qadağaları və məhdudiyyətləri, o cümlədən məhdudiyyət qoyulmadan, müəlliflik hüquqlarını və əlaqəli hüquqları, əmtəə nişanları, xidmət nişanları və malların mənşə yerlərinin adları, sənaye nümunələri üçün hüquqları pozmadığına zəmanət verir.

 

5. Bildirişlər


Siz Saytdakı şəxsi hesabınızda göstərilən elektron ünvanınıza Sayta aid məhsullar və xidmətlər çərçivəsində və ya onlarla əlaqədar baş verən mühüm hadisələrə dair informasiya və/və ya reklam xarakterli elektron mesajlar, bildirişlər  almağa razılaşırsınız.

İstifadəçi təklif olunan əks-əlaqə formaları vasitəsilə bildirişi almaqdan imtina etmək və ya mobil cihazların nizamlamaları vasitəsilə bildirişi əldə etmək imkanını müstəqil şəkildə söndürmək hüququna malikdir.

 

6. MƏXFİLİK SİYASƏTİ


Saytdan istifadə edərkən və təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırki Məxfilik Siyasətində qeyd edilən qaydada tənzimlənir.

Siz Sayta öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların saytın idarəedicisi tərəfindən toplanmasına, işlənməsinə, saxlanmasına, qanunvericiliklə və Məxfilik Siyasəti ilə müəyyən edilmiş hallarda istifadəsinə icazə vermiş olursunuz.

 

Fərdi məlumatlar və icazələr:
İstifadəçi saytdan istifadə etdiyi zaman müvafiq veb server avtomatik olaraq aşağıdakı təfərrüatları qeyd edir:

IP ünvanı;

İstifadə olunan brauzer proqramının növü;

Saytın istifadə edilən bölmələri;

Saytdan istifadənin tarixi və müddəti.

Saytda hərəkətləriniz/yerdəyişmələriniz xüsusi tətbiq vasitəsi ilə izləniləcək

 

Bundan başqa, müxtəlif fərdi məlumatlar da toplanıb emal ediləcək:
Soyad;
Ad;

Doğum tarixi;
Ünvan/Yaşadığınız şəhər və rayon;
Cins;
Əlaqə məlumatları;
Məşğuliyyət sahəniz və vəzifəniz.

 

Sayt vasitəsilə əldə edilən fərdi məlumatlar aşağıda qeyd edilən, lakin bunlarla məhdudlaşmayan məqsədlər üçün istifadə edilə bilər:

  • Müqavilə münasibətlərinin və əməkdaşlığımızın tənzimlənməsi üçün;
  • Təlim ehtiyaclarının müəyyən edilməsi üçün, eləcə də təlim təkliflərinin hazırlanması məqsədilə istinad olaraq;
  • Bazar araşdırması, təhlil analitik məqsədləri və proses, xidmət və məhsulların təkmilləşdirilməsi üçün;
  • Tədbirlərimiz, xidmətlərimiz, məhsullarımız və yeniliklərimiz barədə məlumat vermək üçün;
  • Fırıldaqçılıq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması və aşkarlanması üçün;
  • Hər hansı bir qanuni öhdəliklərə (məsələn, vergi, mühasibat və inzibati öhdəliklər) riayət etmək üçün;
  • Müvafiq dövlət orqanlarından sorğu gəldiyi təqdirdə həmin orqanlara təqdim etmək üçün.

 

Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, fərdi məlumatlar İstifadəçinin razılığı ilə istifadə ediləcək. Müvafiq qanun və qaydaların sizin razılığınızı almağımızı tələb etmədiyi hallar istisna olmaqla, fərdi məlumatlarınız yalnız sizin razılığınızla digər tərəfə ötürülə bilər.

Fərdi məlumatların yuxarıda göstərilən məqsədlərə uyğun olaraq istifadə edilməsi saytın idarəedicisi  tərəfindən təmin ediləcək.

Fərdi məlumatlar əsasında ümumiləşdirilmiş statistik məlumatlar əlaqəli tərəflərlə  paylaşıla bilər.

İstifadəçi, bu Sayt vasitəsilə toplanan məlumatlara çıxış əldə etmək, onları dəyişdirmək və emal etmək hüququnu özündə saxlayır.

 

Fərdi məlumatları qoruma öhdəliyi

Konfidensial fərdi məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün vacib amillərdən biri olduğuna görə, bununla bağlı tərəfimizdən lazımi texniki-təşkilati tədbirlər görülmüşdür. Tərəfimizdən toplanılacaq və işləniləcək fərdi məlumatlarınız müvafiq qanunla qorunur. Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq, konfidensial fərdi məlumatlarınız qanunla müəyyən olunmuş hallar və Sizin razılığınız istisna olmaqla üçüncü şəxslərə verilmir.


Məlumat mənbələri
Sizin tərəfinizdən təqdim edilən məlumatlar, veb saytdan istifadə edərək daxil etdiyiniz məlumatlar tərəfimizdən toplanılır. Bu yolla əldə edilmiş fərdi məlumatlarınız tamamilə azad iradənizlə təmin etdiyiniz məlumatlardır. Sizdən tələb edilən məlumatların hamısını düzgün və tam olaraq qeyd etməlisiniz. Verdiyiniz məlumatların doğru və tam olmasına görə siz özünüz məsuliyyət daşıyırsınız. Yanlış və/və ya natamam məlumatların daxil edilməsi məsuliyyətimizə və ya öhdəliklərimizə təsir edə bilər. Belə olan halda Saytın idarəedicisi heç bir məsuliyyət daşımır. Yanlış və/və ya natamam məlumat daxil etməyiniz səbəbindən  yaranacaq hər cür zərərə görə siz məsuliyyət daşıyırsınız.


Məlumatların avtomatik toplanması alətləri - Kukilər
Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. Saytın idarəedicis bir çox veb saytlarda olduğu kimi, veb sayt istifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır.

Saytdan istifadə edərək, siz Saytın idarəedicisinin məlumatları müəyyən edildiyi kimi sizin qurğunuzda saxlaması və daxil olmasına razılıq verirsiniz. Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə, Saytı tərk etməli və ya kuki seçimlərinizi hazırki Məxfilik siyasətində göstərilən qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda, Saytdakı bəzi funksiyaların öz funksionallığını itirə biləcəyini nəzərə almağınızı xahiş edirik.


Digər mənbələrdən əldə edilən məlumatlar
Müvafiq elektron informasiya daşıyıcılarında yerləşdirilmiş və ötürülməsi qanunvericiliklə qadağan olunmayan fərdi məlumatlarınız da toplanıla bilər.

Məlumatları əldə edə bilən subyektlər
Saytın idarəedicisi, fərdi məlumatlarınızı yuxarıda göstərilən məqsədlərlə və qanunvericiliyə uyğun olaraq aşağıda qeyd edilən üçüncü tərəflərlə bölüşə bilər:

Xidmətin təmin edilməsi məqsədilə - dövlət orqanları, texniki dəstək göstərən İT şirkətləri və banklara ötürülə bilər;

Məlumat prosessorları kimi fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC və onun digər törəmə şirkətlərinə, texniki məsləhətçilərə, mütəxəssislərə, vəkillərə, həkimlər; ekspertlərə; əməliyyatları yerinə yetirmək üçün xidmət göstərən şirkətlərə (İT, poçt) və sairə ötürülə bilər;

Hər hansı bir qanuni öhdəliyi yerinə yetirmək, o cümlədən Sizə təqdim etdiyimiz məhsul və ya xidmətdən şikayət etdiyiniz təqdirdə, müvafiq nəzarətedici orqanlara ötürülə bilər.


Digər veb saytlara keçid
Bu veb sayt vasitəsilə başqa veb saytlara keçidlər təqdim edilə bilər. Saytın idarəedicisi digər veb saytların məzmununa və ya məxfilik siyasətinə görə məsuliyyət daşımır. Başqa veb saytlar fərqli formada öz məlumat toplama və məxflik siyasətinə sahibdirlər. Buna görə də, bu veb sayt vasitəsilə keçid etdiyiniz digər veb saytların məxfilik siyasətini nəzərdən keçirməyiniz tövsiyə olunur.


Digər şərtlər
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İstifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. İstifadəçinin etirazı yazılı surətdə və ya onlayn qaydada təqdim olunmalıdır. İstifadəçilərin etirazının əsaslandırılması tələb olunmur.