Media

Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İnsan Resursları və İdarəetmə Forumu” keçiriləcək

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ASAN İnnovativ İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə, peşəkar idarəçilik yoluna həsr olunmuş “İnsan Resursları və İdarəetmə Forumu” keçiriləcək.

Tədbirin açılışı rəsmilərin çıxışları ilə baş tutacaq.

Forumda 500 fərqli dövlət və özəl müəssisələrdə çalışan işgüzar şəxslər, müxtəlif sahələrdən olan  ekspertlər, mütəxəssislər və idarəçilərdən ibarət 600-ə yaxın nümayəndə iştirak edəcək.

Forumun əsas məqsədi insan mərkəzli idarəetməni təşviq etmək, ən son inkişaf və yeniliklərə diqqət yetirmək, innovativ, işgüzar və səmərəli təcrübələri paylaşmaq, eləcə də peşəkar mühitdə təcrübə mübadiləsinə platforma yaratmaqdır.

Tədbirdə 9 nəfər xarici, 5 nəfər yerli idarəçi ekspert “Liderlik vizyonu, innovativ inkişaf və strategiyanın icra edilməsi”, “Kouçvari yeni nəsil idarəetmə, loyallıq və motivasiya” və “DATA mərkəzli rəqəmsal İR idarəetməsi, OKR” istiqamətində peşəkar təcrübəsini paylaşacaq, iştirakçıların suallarını cavablandıracaqlar. Həmçinin iştirakçılara işgüzar əlaqələrin yaranması və biznes-netvorkinq üçün unikal platforma kimi əlavə imkanlar yaradılacaq və bütün iştirakçılara sertifikat təqdim olunacaq.

3 iyun 2023-cü il tarixində Baku Marriott Boulevard Hotelində baş tutacaq forumun strateji partnyoru “Azərbaycan Hava Yolları” QSC, sponsorları “Nurus”, “Hanspaces”, "Insight House" MMC, "Özsüt” restoranlar şəbəkəsi, “Baker Tilly”, “Evrika liseyi”, “OBA” marketlər şəbəkəsi, "Başkənt" restoran və şirniyyat evi, netvorkinq tərəfdaşı “Caspian Energy Club”, digər tərəfdaşları isə "Admedia" reklam agentliyi, “Absheron Hotel Group”, “CreaTime” şirkətləridir.

Forumda iştirak etmək istəyənlər https://bit.ly/3AMH6o3 linkinə keçid edərək  və ya +99450 2214777 nömrəsi ilə əlaqə saxlayaraq bilet əldə edə, daha ətraflı məlumat almaq üçün isə ASAN İnnovativ İnkişaf Mərkəzinə müraciət edə bilərlər.